Bakı. Trend:
ABŞ hələ də Rusiya neftinin alınması ilə əlaqədar Hindistandanmal idxalına rüsumları 25% artırmağı planlaşdırır.
Trend xəbər verir ki, bunuABŞ Prezidentinin ticarət və istehsal üzrə baş müşaviri PiterNavarro deyib.
"Düşünürəm ki, bu baş verəcək" – deyə o vurğulayıb.
Qeyd edək ki, avqustun 6-da ABŞ Rusiyadan neft və neftməhsullarını alması ilə əlaqədar Hindistandan mallara idxalrüsumlarını 25% (50%-ə qədər) artırdığını elan edib. Qərarınavqustun 27-də qüvvəyə minməsi gözlənilir.