Moskvanın Rusiyanın iştirakı ilə “bölünməz təhlükəsizlik” prinsipinin daxil edilməsi tələbləri səbəbindən ABŞ və Rusiya arasında Ukraynanın təhlükəsizliyinə zəmanətlər üzrə danışıqlar faktiki olaraq pozulub...
Poliqon xəbər verir ki, bu barədə adı açıqlanmayan yüksək rütbəli avropalı məmura istinadən Bloomberg agentliyi məlumat yayıb.
Agentliyin həmsöhbəti iddia edir ki, Rusiya tərəfi Ukraynanın müdafiəsi ideyasını formallığa çevirməyə çalışır, prosesi sabotaj edir. Onun sözlərinə görə, bu, avropalı siyasətçilərin gözləntilərinə uyğundur.
“Sergey Lavrovun təhlükəsizlik təminatlarına cavab verməsi faktiki olaraq danışıqları pozdu”, deyə nəşr rəsminin sözlərindən sitat gətirir.
Poliqon.info