RU

Talassemiya Mərkəzi ilə bağlı narazılıqlar: Pasiyentlər dərman çatışmazlığından şikayətçidirlər

Sanitar-gigiyenik qaydalara riayət olunmadığı, tibbi xidmətlərin əlcəksiz göstərildiyi və xəstələrin vaxtında nəzərdə tutulan dərmanlarını ala bilmədiyi iddia edilir.

 

Pravda.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu narazılıqlar Talassemiya Mərkəzində müalicə alan pasiyentlər tərəfindən səsləndirilib.

 

Mərkəzin inzibati işlər üzrə direktor müavini Səidə Babazadə bildirib ki, dərman təminatında müəyyən ləngimələr olur. Onun sözlərinə görə, mövcud problemlərin həlli istiqamətində müvafiq qurumlarla danışıqlar aparılır.

 

Ətraflı süjetdə:

 

Tarix: 22 Avqust 2025, 00:44   
Избранный
12
2
pravda.az

3Источники