RU

Şəhid qızının Prezidentin qarşısında kövrək çıxışı - Video

Xəbər verdiyimiz kimi, avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksində yaradılan şəraitlə tanış olub, bura köçən sakinlərlə görüşüblər.

Axar.az xəbər verir ki, görüş zamanı ölkə başçısı ilə şəhid qızı arasında duyğusal dialoq baş tutub.

Qadın sakin: Mən Sizə təşəkkürümü bildirirəm. Atam 1993-cü ildə şəhid olub.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin.

Qadın sakin: Bu gün Sizinlə, ailə üzvlərinizlə, dövlətimizlə fəxr edirəm. Ona görə ki, atamın şəhid olduğu bu torpağa mən bu gün Sizin sayənizdə ayaq basa bilmişəm, gələ bilmişəm. Sizə minnətdarlığımı bildirirəm. Bütün xalqımız Sizinlə qürur duyur. Hər zaman var olasınız.

Prezident İlham Əliyev: Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmayıb.

Qadın sakin: Qalmayıb, bəli, çox şükür.

Prezident İlham Əliyev: Onların qanını yerdə qoymadıq. Həm Birinci, həm İkinci Qarabağ müharibələrinin şəhidlərinin qisasını biz döyüş meydanında aldıq. Bu, bütün şəhid övladları üçün bir təsəllidir.

Qadın sakin: Bu gün biz qürur hissi ilə buradayıq, torpağımızdayıq. Sizin sayənizdə. Minnətdarıq Sizə.

Избранный
32
15
axar.az

10Источники