RU

“Əliş, gedək, görək...”

Avqustun 21-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.

Publika.az xəbər verir ki, görüş zamanı sakinlər ölkə başçısı və birinci xanımla səmimi söhbətlər edib, birgə fotolar çəkdiriblər.

Maraqlı məqamlardan biri isə Kəlbəcərin üçaylıq sakini ilə bağlı olan dialoq olub:

Prezident İlham Əliyev: Gəlin, hamımız birlikdə şəkil çəkdirək.

Kişi sakin: Çox sağ olun, cənab Prezident. Allah Sizə ömür versin. Allah Sizi var eləsin.

Qadın sakin: Qızım gəlir, gəlsin onunla da çəkdirək?

Mehriban xanım Əliyeva: Gəlsin, əlbəttə. Balacanı da gətirib. Üçaylıq körpəsi ilə gəlib.

Qadın sakin: Birinci dəfədir Kəlbəcərə ayaq basır.

Prezident İlham Əliyev: Bəli, nə gözəl.

Mehriban xanım Əliyeva: Üç ayı oldu. Bu, Əli balamızdır?

Qadın sakin: Bəli.

Mehriban xanım Əliyeva: Əliş, gedək, görək.

Qadın sakin: Çox sağ olun, Allah sizlərə cansağlığı versin. Mehin, gəl də, istəmirdin Mehriban xanımla şəkil çəkdirmək?

Qadın sakin: Gəlirəm.

Избранный
32
6
publika.az

7Источники