RU

Rusiya sərt qərar verdi: Bundan sonra hər kəs buna məcburdur

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Globalinfo.az xəbər verir ki, bu qərar ölkədə “WhatsApp” və “Telegram” kimi tətbiqlərə rəqib olaraq hazırlanmış MAX-ın yayılmasını təmin etmək məqsədilə verilib.

Rəsmi açıqlamaya görə, sentyabrın 1-dən etibarən satılan bütün yeni cihazlarda MAX proqramı əvvəlcədən yüklü olmalıdır.

MAX proqramı Rusiyada təhlükəsizlik və fırıldaqçılıqla mübarizə məqsədilə “WhatsApp” və “Telegram” üzərindən zənglərə qoyulan məhdudiyyətlər fonunda, xüsusilə dövlət qurumları arasında sürətlə yayılır.

MAX Çində geniş istifadə olunan “WeChat”a bənzər bir platforma kimi nəzərdə tutulub və Rusiyanın VK şirkəti tərəfindən hazırlanmış mesajlaşma proqramı əsasında işləyir. Proqram həm mesajlaşma, həm də digər kommunikasiya funksiyalarını bir arada təqdim edir.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
globalinfo.az

1Источники