Xəbər verdiyimiz kimi avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.
Bizim.Media xəbər verir ki, köçənlər arasında Kəlbəcərin ən kiçik sakini Əli də olub.
Dövlətimizin başçısı və birinci xanım körpənin ailəsiylə səmimi söhbət ediblər:
Prezident İlham Əliyev: Gəlin, hamımız birlikdə şəkil çəkdirək.
Kişi sakin: Çox sağ olun, cənab Prezident. Allah Sizə ömür versin. Allah Sizi var eləsin.
Qadın sakin: Qızım gəlir, gəlsin onunla da çəkdirək?
Mehriban xanım Əliyeva: Gəlsin, əlbəttə. Balacanı da gətirib. Üçaylıq körpəsi ilə gəlib.
Qadın sakin: Birinci dəfədir Kəlbəcərə ayaq basır.
Prezident İlham Əliyev: Bəli, nə gözəl.
Mehriban xanım Əliyeva: Üç ayı oldu. Bu, Əli balamızdır?
Qadın sakin: Bəli.
Mehriban xanım Əliyeva: Əliş, gedək, görək.
Qadın sakin: Çox sağ olun, Allah sizlərə cansağlığı versin. Mehin, gəl də, istəmirdin Mehriban xanımla şəkil çəkdirmək?
Qadın sakin: Gəlirəm.
Mehriban xanım Əliyeva: Gör kimi gətirirəm? Əli balamızı.
Prezident İlham Əliyev: Gəl balaca, bir yerdə şəkil çəkdirək. Anası hansıdır?
Mehriban xanım Əliyeva: Nənə də gəlsin.
Prezident İlham Əliyev: Nənəsi haradadır?
Mehriban xanım Əliyeva: Nənə də buradadır.
Qadın sakin: Allah sizlərə cansağlığı versin.
Prezident İlham Əliyev: Adı Əlidir?
Sakin: Bəli, Əlidir.
Qadın sakin: Allah saxlasın.
Mehriban xanım Əliyeva: Allah saxlasın, böyük oğlan olsun.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта