RU

Azərbaycanın 6 bankı DGK-nın reyestrində yoxdur -

Azərbaycandakı 22 bankdan 6-nın adı Dövlət Gömrük Komitəsinin reyestrində yoxdur.Metbuat.az xəbər verir ki, bu barədə Yurd.Media araşdırma aparıb. Məlum olub ki, bunlar "Bank of Baku", "Bank BTB", "Bank VTB Azərbaycan", "Express Bank" və "Yelo Bank" ASC-lər, eləcə də İran Milli Bankının Bakı filialıdır.

Qalan 16 bank isə Nazirlər Kabinetinin 1 mart 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması Qaydası"na əsasən gömrük xidməti göstərir.

Избранный
31
4
metbuat.az

5Источники