Azərbaycandakı 22 bankdan 6-nın adı Dövlət Gömrük Komitəsinin reyestrində yoxdur.
Yurd Media-nın apardığı araşdırmaya görə, bunlar "Bank of Baku", "Bank BTB", "Bank VTB Azərbaycan", "Express Bank" və "Yelo Bank" ASC-lər, eləcə də İran Milli Bankının Bakı filialıdır.
Qalan 16 bank isə Nazirlər Kabinetinin 1 mart 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması Qaydası"na əsasən gömrük xidməti göstərir. Toyuqlu pizza
Telegram kanalımız