RU

Qaradağda mənzildə meyit tapılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qaradağ rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Cebheinfo.az" FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

"Cebheinfo.az" 

Избранный
21
30
cebheinfo.az

10Источники