RU

Bakı və rayonlarda güclü külək əsir - FAKTİKİ HAVA

 

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.

Missiya.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin avqustun 21-i saat 17:00-a olan məlumatına əsasən bir sıra ərazilərdə şimal-qərb küləyi əsir.

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Goranboyda 19, Tərtərdə 16, Tovuzda 15 m/s-dək güclənir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin avqustun 22-si gündüzədək davam edəcəyi gözlənilir.

Избранный
5
13
missiya.az

10Источники