Milli Hidrometeorologiya Xidmətinin avqustun 21-i saat 17:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti saniyədə Bakıda və Abşeron yarımadasında 25, Goranboyda 19, Tərtərdə 16, Tovuzda 15 metrədək güclənir.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin avqustun 22-si gündüzədək davam edəcəyi gözlənilir.