RU

Hüseyn Həsənovun Rusiyadakı şirkəti ləğv edilib

Ulusal.az xəbər verir ki, bu barədə “Zvezdaç” “Telegram” kanalı məlumat yayıb.

Bloqer şəxsi inkişaf kurslarını satmaq üçün “Banda” MMC-ni təsis edib.

Məlumata görə, şirkətin hüquqi ünvanı və əməkdaşları haqqında məlumat etibarsız olub. Rusiya Federal Vergi Xidməti şirkəti ləğv edib, hesablarını bloklayıb.

Hüseyn Həsənovun şirkətinə qarşı ümumilikdə 2 milyon 675 min rubl (56500 AZN) məbləğində iki məhkəmə iddiası qaldırılıb.

Mayın 14-də Rusiya Daxili İşlər Nazirliyi Hüseyn Həsənovu çirkli pulların yuyulması ilə bağlı cinayət işi çərçivəsində axtarışa verib. Ona qiyabi həbs verilib. Hüseyni 7 ilə qədər həbs və külli miqdarda pul cəriməsi gözləyir.

Hüseyn Həsənov məhkəmə prosesinin başlamasına az qalmış təsisçilər heyətini tərk edib. Bloqer ona qarşı məhkəmə işi açılandan dərhal sonra Moskvadakı mənzilini satıb.

Избранный
20
14
moderator.az

10Источники