RU

Rəqsanənin əri də istintaqa cəlb edildi

Həbsdə olan müğənni Rəqsanə İsmayılovanın əri Fazil Əmiraslanovun ifadəsi alınıb.

Editor.az Lent.az-a istinadən xəbər verir ki, polisə çağırılan Fazil Əmiraslanov istintaqın suallarını cavablandırıb.

Qeyd edək ki, bir neçə gün əvvəl müğənni Rəqsanə İsmayılova dələduzluq faktına görə həbs edilib.

Rəqsanədən şikayətçi olan Gündüz Məmmədov ötən gün məlumat yayıb. Şikayətçi 520 min dolları şəxsən Rəqsanə İsmayılova və həyat yoldaşı Fazil Əmiraslanova verdiyini deyib.

Избранный
16
26
editor.az

10Источники