"Neftçi"də əsas komandanın iki futbolçusu əvəzedici heyətə göndərilib.
QOL.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.
Baş məşqçi Samir Abasovun qərarına əsasən, futbolçular – Ramil Şeydayev və Ryonosuke Ohori əsas komandadan kənarlaşdırılıblar. Hər iki futbolçu bundan sonra məşqləri əvəzedici komandada davam etdirəcəklər.