Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Kürdəxanı qəsbəsində qeydə alınıb.
Ucar rayonunun Qazıqumlaq kənd sakini, 1979-cu il təvəllüdlü İlham Həmid oğlu Məmmədov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Gülnaz İlham qızı Məmmədovanı bıçaqla qətlə yetirib. Daha sonra özünü asaraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.