RU

Həbib Nurməhəmmədov UFC-yə qayıtmaqdan imtina edib

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu Həbib Nurməhəmmədov UFC-yə qayıtmayacaq.

"Cebheinfo.az"  xəbər verir ki, bu barədə amerikalı əfsanəvi döyüşçü Daniel Kormye mətbuata müsahibəsində bildirib.

"Həbib mənə dedi ki, yenidən UFC-də döyüşmək üçün 40 milyon dollarlıq təklif alıb, amma razılaşmayıb. Əgər ona 40 milyon dollar təklif olunubsa və bu pulu qəbul etməyibsə, deməli, heç vaxt UFC-yə qayıtmayacaq", - deyə Kormye vurğulayıb.

Qeyd edək ki, Həbib Nurməhəmmədov keçirdiyi 29 MMA döyüşünün hamısında qalib gəlib. O, 2021-ci ildə peşəkar karyerasını bitirib.

"Cebheinfo.az" 

Избранный
6
3
cebheinfo.az

4Источники