ain.az bildirir, Hurriyyet portalına istinadən.
15 avqust 2025-ci ildə Alyaskada keçirilən Donald Tramp–Vladimir Putin görüşü ; dünya siyasətində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu sammit, ilk baxışdan - Ukraynadakı müharibənin gələcəyini müəyyənləşdirmək məqsədi daşısa da, əslində Rusiya imperiyasının mövcudluq perspektivlərini şübhə altına aldı. Görüş göstərdi ki, Moskvanın “imperiya təfəkkürü” XXI əsrin reallıqları ilə uzlaşmır və Putin öz siyasəti ilə Rusiyanı gücləndirmək əvəzinə ; sürətlə zəiflədərək dağılma prosesini sürətləndirir.
Müşahidələr göstərir ki, Putinin siyasətində hələ də “sovet pioneri” sindromu qalmaqdadır
Rusiya prezidenti Vladimir Putin SSRİ nostalgiyası ilə idarə olunan siyasətçi təsiri bağışlayır. Onun düşüncə tərzi sanki sovet pionerinin ideoloji şüurluluğu səviyyəsində qalıb. Bu, XXI əsrin mürəkkəb geosiyasi balansları qarşısında böyük zəiflikdir.
Qərb dövlətləri, xüsusən də Böyük Britaniya, bu psixoloji zəifliyi dəqiq analiz edərək ; Putini Ukrayna müharibəsinə sürüklədi. Nəticədə Moskva uzun illərdir davam edən ən ağır hərbi və siyasi bataqlığa düşdü. Ukrayna ərazilərinin 19 faizinə nəzarət edən Rusiya ; bu “qazanılmış torpaqlar”ı qorumaq üçün böyük resurslar xərcləyir, amma əslində strateji məğlubiyyətlərə uğrayır.
Alyaska sammitində tərəflərin tam razılığa gəlməməsi dünya ictimaiyyətində həm ümid, həm də məyusluq doğurdu.
ABŞ prezidenti Donald Tramp kompromis variant kimi hər iki tərəfin müəyyən ərazilərdən imtina etməsini təklif etdi. Lakin Rusiya “işğal edilmiş bölgələrin tanınmasını” şərt qoyaraq prosesə əngəl oldu.
Bu görüş göstərdi ki, Qərb Moskva ilə kompromisə getməyə hazır olsa da ; Rusiyanın imperiya iddiaları real nəticə əldə etməyə imkan vermir. Beləliklə, Putin sülh yolunu tıxayaraq Rusiya üçün təhlükəli təcrid mərhələsini dərinləşdirir.
Alyaska Sammitindən sonra Avropa İttifaqı dövlətlərinin birgə bəyanatı ; Putinin şərtlərinin qətiyyətlə rədd olunduğunu nümayiş etdirdi. Almaniya, Fransa, Böyük Britaniya və digər ölkələr açıq şəkildə bəyan etdilər ki, Rusiya Ukraynanın NATO və Aİ yoluna veto qoya bilməz.
Bu qərar Qərbin Rusiyanı tamamilə təcrid etməsi istiqamətində mühüm addımdır.
Avropa enerji təhlükəsizliyini diversifikasiya edir, sanksiyalar isə Kreml iqtisadiyyatını dərin böhranla üz-üzə qoyur.
Putin rejimi açıq qarşıdurmadan istədiyini əldə edə bilmədikcə ; hibrid müharibə alətlərinə əl atır. Azərbaycan da bu siyasətin hədəfindədir :
--Rusiyada azərbaycanlı diasporun sıxışdırılması ;
--biznes dairələrinə təzyiqlər;
--iqtisadi sabotajlar ;
--kiberhücumlar və dezinformasiya kampaniyaları buna subutdur.
Lakin Azərbaycanın dövlətçilik təcrübəsi, milli birliyi və müstəqil siyasəti bu təzyiqləri neytrallaşdırmağa qadirdir.
34 illik müstəqillik dövründə ağır sınaqlardan çıxmış Azərbaycan ; bu hibrid hücumların öhdəsindən gəlmək gücündədir.
Rusiyanın daxili zəiflikləri ; iqtisadi asılılığı, beynəlxalq təcridi və hərbi resurslarının sürətlə tükənməsi -- imperiyanın uzunömürlülüyünə ciddi şübhə yaradır.
Tarixi təcrübə göstərir ki, imperiyalar hər zaman iki amilin birləşməsi ilə dağılır :
1. Xarici təzyiqlərin artması ;
2. Daxili dayaqların zəifləməsi.
Məhz bu gün Rusiya da həmin reallıqla üz-üzədir. 10–20–30 illik perspektivdə Kreml özünü qoruyub saxlaya bilsə belə ; Rusiya Federasıyasının çökməsi artıq qaçılmaz görünür.
"Rusiya İmperiyasının" yerinə isə yeni regional güclərin – Çin, Türk Dövlətləri Təşkilatının ( TDT ) və Avropa İttifaqının təsir dairələrinin güclənməsi gözlənilir.
Qəvami Sadıqbəyli
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.