ain.az, Olke.az portalına istinadən məlumat verir.
Avropa liderləri ABŞ prezidenti Donald Trampın Rusiya liderinin Ukraynada hərbi əməliyyatlara son qoymaq niyyətində səmimi olmadığını anlayana qədər onun sülh təşəbbüsləri ilə formal şəkildə birgə hərəkət etməyi planlaşdırırlar.
Ölkə.az xəbər verir ki, bu barədə “Politico” yazıb.
Nəşrin məlumatına görə, Avropa İttifaqının nümayəndələri gələcəkdə Trampın Kremlə qarşı daha sərt mövqe tutacağına və iqtisadi sanksiyaları gücləndirəcəyinə ümid edirlər.
“Əsas fəaliyyət planı Rusiya rəhbərliyinə qarşı sərt sanksiyalara çağırmaqdır”, – deyə məqalədə qeyd olunub.
Mürtəza
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.