Neftçalada 1 126 abonentin qaz təchizatında fasilə yaranacaq.
Pravda.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilir ki, rayonun Surra kəndində Dş150 mm-lik siyirtmənin yenilənməsi məqsədi ilə əlaqədar, sabah saat 10:30-dan etibarən işlər yekunlaşanadək yaşayış məntəqəsində ümumi 1 126 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Tarix: 21 Avqust 2025, 13:28