RU

Naxçıvanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Naxçıvan, 21 avqust, AZƏRTAC

Avqustun 21-dən Naxçıvanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müsahibə mərhələsinə ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən müsabiqənin test mərhələsində uğur qazanmış 152 namizəd dəvət olunub. Müsahibələr 2 gün davam edəcək.

Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır. Müsahibə mərhələsində uğur qazanan namizədlər Naxçıvanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.

Qeyd edək ki, namizədlər şəxsi səhifələrsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınır və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
7
azertag.az

10Источники