RU

Nikol Paşinyandan Konstitusiya dəyişikliyi ilə bağlı açıqlama

“Konstitusiya Məhkəməsi Ermənistan və Azərbaycan arasında imzalanmış və paraflanmış sülh sazişinin Konstitusiyaya zidd olduğu qənaətinə gəlsə, mən özüm Konstitusiya dəyişiklikləri təşəbbüsü ilə çıxış edəcəyəm”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

Onun fikrincə, hazırda bu məsələ haqqında düşünməyə ehtiyac yoxdur:

“Digər yandan, xatırladım ki, bizim yeni Konstitusiyanın qəbulu ilə bağlı gündəliyimiz var, bunun üçün son tarix 2027-ci ildir”ş

Baş nazir hazırda yeni konstitusiyanın layihəsi üzərində işlədiklərini bildirib.

Избранный
61
2
teleqraf.com

3Источники