RU

Bu içkiləri qaynar içməyin: Xərçəng riskini artırır

Mütəxəssislər çay, qəhvə və ya digər içkiləri qaynar şəkildə içənlərə xəbərdarlıq edirlər.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, araşdırmalara görə, 65 dərəcə selsidən yuxarı temperaturda istehlak edilən içkilər qida borusu xərçəngi riskini artırır.

2016-cı ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bölməsi olan Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi qaynar içkiləri insanlar üçün kanserogen kimi təsnif edib.

Son illər Avropada aparılan genişmiqyaslı tədqiqatlar da bu əlaqəni təsdiqləyib. İngiltərədə yarım milyon insan üzərində aparılan araşdırmada gündə səkkiz stəkandan çox qaynar içki içənlərin qida borusu xərçənginə tutulma riskinin altı dəfə çox olduğu müəyyən edilib.

Избранный
157
4
publika.az

5Источники