RU

Taleh Qaraşov Lənkəran sakinlərinin problemlərini dinlədi - FOTOLAR

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Görüş-qəbulda şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.

"Unikal" xəbər verir kİ, Taleh Qaraşov ötən görüş-qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə şəhər sakinlərinə məlumat verib. Bildirilib ki, yerli icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan bütün məsələlər müsbət həllini tapıb, digər məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb və bu barədə vətəndaşlara qanunamüvafiq formada və vaxtda izahatlar verilib.

ŞİH başçısı qeyd edib ki, Lənkəran rayonunun ən böyük iki problemi -“zibil poliqonu” və xüsusilə şəhər əhalisini narahat edən kanalizasiya problemi artıq həll olunmaq üzrədir və hər iki məsələ ilə bağlı real addımlar atılır:” Kifayət qədər geniş maliyyə tələb edən kanalizasiya sisteminin yenilənməsi istiqamətində cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində kanalizasiya sisteminin yaradılması üzrə dəyəri 50 milyon manat olan tender artıq yekunlaşıb. Digər məsələ, “zibil poliqonu”nun müasir dövrün tələblərinə cavab verən səviyyəyə gətirilməsi də artıq reallaşmaq üzrədir. Baş nazirin müvafiq Sərəncamı ilə “2026- cı il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı” təsdiq edilib ki, siyahıda Lənkəran rayonunda bərk məişət tullantılarının idarə edilməsi layihəsi də yer alıb. Bu isə utilizasiya zavodunun tikintisi və bütövlükdə “zibil poliqonu” probleminin həllinin yaxın müddətdə mümkün olacağı deməkdir”.

Taleh Qaraşov ŞİH tərəfindən yolların asfaltlanmasının da daim diqqət mərkəzində saxlanıldığını bildirib, onun sözlərinə görə, yaxın günlərdə şəhərin 8 küçəsində asfaltlanma işlərinə başlanılacaqdır.

İcra başçısı daha sonra şəhər əhalisini narahat edən problemləri dinləyib və onların həlli ilə bağlı müvafiq qeydlərin aparılmasını və ən qısa zamanda bu istiqamətdə görülən işlər barədə vətəndaşa qanunamüvafiq cavab verilməsini tapşırıb.

Şəhər əhalisi icra başçısı ilə birbaşa dialoq qurmaqdan, onları narahat edən şəxsi və ümumi problemləri ifadə etmək üçün yaradılan şəraitdən məmnun qalıblar. Şəhər sakinləri ən böyük problemlərdən olan Lənkəran şəhərinin kanalizasiya sisteminin yenilənməsi istiqamətində atılan real addımları yüksək qiymətləndiriblər və buna görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi təşəkkür ediblər.

Избранный
20
50
unikal.az

10Источники