RU

Naxçıvan fermerlərinə 246 min manatlıq subsidiya ödənilib

Naxçıvanda damazlıq heyvanların yetişdirilməsi istiqamətində fəaliyyət aparılacaq. Bu, süni mayalanma ilə əldə edilən heyvanların daha sağlam və məhsuldar olmasına imkan verəcək.

“Yeni Sabah”ın xəbərinə görə, bu haqda Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Şahbuz rayonunun Badamlı kəndində keçirdiyi fermerlərlə görüşdə bu barədə bildirilib. 

Görüş süni mayalanmanın effektivliyinin artırılması və fermerlər arasında maarifləndirmə aparılması məqsədilə təşkil edilib. Fermerlərə süni mayalanmanın tətbiqi qaydaları, üstünlükləri və təsərrüfatlara verdiyi iqtisadi faydalar barədə geniş məlumat verilib. 2025-ci ilin ötən dövründə Şahbuz rayonunda süni mayalanma vasitəsilə 223 baş buzov əldə edilməsi vurğulanıb. Sezar pizza

Ümumilikdə, bu il Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı məqsədilə həyata keçirilən süni mayalanma tədbirləri nəticəsində 5386 baş buzov əldə olunub. Bu sahədə fəaliyyət göstərən 1973 fermerə cəmi 246 min 300 manat məbləğində dövlət subsidiyası verilib.


Telegram kanalımız
Избранный
36
6
yenisabah.az

9Источники