RU

Papikyanın müşavirinin oğlu həbs edildi: Görün nədə ittiham olunur

Ermənistanın müdafiə naziri Suren Papikyanın müşavirlərindən birinin oğlu 24 yaşlı gəncin kriminal avtoritet Rüstəm Stepanyanın evinin yaxınlığında qətlə yetirilməsi ilə bağlı həbs edilib.

Ulusal.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Avqustun 15-də güllə yarası alan 24 yaşlı Mamikon D. xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları üç şübhəli şəxsi müəyyən ediblər, məhkəmə artıq onları həbs edib. Onlardan biri də Artaşes Tonoyandır. Məlumata görə, o, Müdafiə Nazirliyi rəhbərinin müşavirinin oğludur.

Qeyd olunur ki, 24 yaşlı Mamikon D. kriminal dairələrlə əlaqəsi olmayıb. Onun hadisə yerində olması və yaralanmasının səbəbləri hələlik məlum deyil.

Избранный
10
4
moderator.az

7Источники