RU

AMEA-nın 80 illik yubileyi münasibətilə döş nişanı hazırlanıb

Bakı, 21 avqust, AZƏRTAC

Yubiley münasibətilə AMEA-nın 80 illik yubiley döş nişanı hazırlanıb və ilk dəfə olaraq Əziz Səncər, Yusif Məmmədəliyev, Üzeyir Hacıbəyli, Lev Landau döş nişanları təsis ediləcək.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rəyasət Heyətində akademiyanın 80 illiyinə hazırlıq məsələlərinə həsr olunmuş müşavirədə söyləyib.

AMEA-nın 80 illik yubileyinin ilk dəfə olaraq beynəlxalq elmi təşkilatların rəhbərlərinə, dünyanın müxtəlif qitələrindən olan tərəfdaş akademiyalarının, o cümlədən türk dünyası akademiyalarının prezidentlərinə dəvət məktublarının göndərildiyini bildirib, artıq onların əksəriyyətinin dəvəti qəbul etdiklərini diqqətə çatdırıb.

AMEA-nın 80 illik yubileyi çərçivəsində Türk dünyası akademiyaları ilə əməkdaşlığın inkişaf etdirilməsinə dair ayrıca bir iclasın keçirilməsi də nəzərdə tutulub.

 

Избранный
33
5
azertag.az

6Источники