Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına və birinci xanıma burada həyata keçirilən işlər barədə məlumat verib.
Gəncə Memorial Kompleksinin təməlini Prezident İlham Әliyev 2022-ci ilin yanvarında qoyub. 44 günlük Vətən müharibəsində Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdiyi cinayətləri özündə əks etdirəcək Kompleks raket zәrbәlәrinә mәruz qalmış yaşayış binalarının vә keçmiş parkın yerlәşdiyi ərazidə yaradılır. Ümumi sahəsi 4 hektar təşkil edəcək Kompleksdə ikimәrtәbәli muzey binası və sәrgi zalı olacaq. Burada mülki әhaliyə qarşı törәdilmiş cinayәtlәrlə bağlı ekspozisiya, həmçinin dağıdılmış binaların yerlәri ziyarәtçilәrә nümayiş etdirilәcәk. Kompleksdə, həmçinin konfrans zalı da yaradılacaq. Ərazidəki parkda yaşıllaşdırma işlәri aparılacaq, 700-ә yaxın ağac, 12 mindәn çox dekorativ kol vә güllәr әkilәcәk. Ermənistan ordusu tərəfindən atılmış raketin izini simvolizә edәn spiralvari kraterin dәrinliyi 13 metrdir. Hazırda muzey binasının tikintisi ilə bağlı son tamamlanma, həmçinin ekspozisiyanın tәşkili vә әrazinin abadlaşdırılması işləri həyata keçirilir.
Demokrat.az ərazidən görüntüləri təqdim edir:
10Источники
-
ictimairey.azİlham Əliyev və Mehriban Əliyeva Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar ( 20551770)
-
aznews.azGәncә Memorial Kompleksində muzey binasının inşası yekunlaşdırılır ( 20548890)
-
icma.azGəncə Memorial Kompleksində son tamamlama işləri gedir ( 20548881)
-
report.azGәncә Memorial Kompleksində muzey binasının inşası yekunlaşdırılır, ərazi abadlaşdırılır ( 20548503)
-
apa.azGəncə Memorial Kompleksində son tamamlama işləri gedir ( 20548263)
-
news365.azErmənistanın raketlə vurduğu ərazi: yerində kompleks tikilir - GÖRÜNTÜLƏR ( 20547114)
-
demokrat.azErmənistanın raketlə vurduğu ərazi: yerində kompleks tikilir — GÖRÜNTÜLƏR ( 20546982)
-
modern.azErmənistanın raketlə vurduğu ərazi: yerində kompleks tikilir - GÖRÜNTÜLƏR ( 20546727)
-
modern.azErmənistanın raketlə vurduğu ərazi: yerində kompleks tikilir - GÖRÜNTÜLƏR ( 20546646)
-
senzor.azGәncә Memorial Kompleksində görülən işlərlə tanışlıq ( 20541324)