Ermənistanda daha bir həbs hadisəsi baş verib. Ermənistan mediasının yazdığına görə, müdafiə naziri Suren Papikyanın müşavirlərindən birinin oğlu "kriminal avtoritet" Rustam Stepanyanın evinin yaxınlığında 24 yaşlı şəxsin qətli ilə bağlı həbs edilib. Bildirilib ki, hadisə ilə bağlı şübhəli bilinən 3 nəfər həbs edilib. Onlardan biri müdafiə nazirinin müşavirinin oğlu Artaşes Tonoyandır.
Avqustun 15-də Proşyan kəndində 24 yaşlı D.Mamikon yaralı vəziyyətdə aşkar edilib. O, xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Mətləb