RU

Almaniyalı nazir: “Hələ vaxtı çatmayıb”

AzVision.az Almaniyanın “n-tv” telekanalına istinadən xəbər verir ki, Sosial-Demokrat partiyasının sədri və ölkənin Maliyyə naziri Lars Klinqbayl belə deyib.

“Bundesverin qüvvələrinin Ukraynada yerləşdirilməsi ilə bağlı suala cavab vermək hələ tezdir.Əvvəlcə Moskva ilə Kiyev arasında sülhün olub-olmayacağını gözləmək və görmək lazımdır”,- siyasətçi vurğulayıb.

Vens:“Kiyev zəmanət, Rusiya isə ərazilər istəyir”
O, Rusiya prezidenti Vladimir Putinin “son nəticədə ciddi sülh danışıqlarının aparılmasını istəyib-istəmədiyinə” əmin deyil. Bununla belə, hətta atəşkəs əldə edilərsə, Ukraynanın“yenidən hücuma məruz qalmayacağına”əminlik yaranmalıdır.

- Bunun üçün ilk növbədə, güclü Ukrayna ordusu lazımdır və sonra biz daha nələrin edilə biləcəyini görəcəyik. Amma indi bu, onların alman əsgərləri olub-olmaması məsələsi deyil”, - Klinqbayl bildirib.

Bundan əvvəl Almaniyanın Saksoniya torpağının Baş naziri Mixael Kreçmer də Ukraynaya alman qoşunlarının göndərilməsinin əleyhinə çıxaraq, Avropada yeni, güclü təhlükəsizlik arxitekturasının formalaşmasına çağırıb.

Xatırladaq ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində Ukraynanın təhlükəsizliyinin təminatı ilə bağlı əsas yükün məhz Avropanın öz üzərinə götürməsi zərurətini vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az

Избранный
42
2
azvision.az

3Источники