RU

Ölümcül tropik virus Londona yayıla bilər

London, 20 avqust, AZƏRTAC

İqlim dəyişikliyi nəticəsində Londonda və Avropanın digər böyük şəhərlərində tropik mənşəli təhlükəli virusun yayılma riski artmaqdadır.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, Asiya pələngi ağcaqanadı vasitəsilə yayılan “dengue” qızdırması şimal istiqamətində yayılmağa davam edir.

“Global Change Biology” jurnalında dərc olunmuş yeni araşdırmaya əsasən Fransada bu ağcaqanadların yayılma sürəti son illərdə xeyli artıb. 2006-cı ildə cəmi 6 kilometr irəliləyən bu növ ağcaqanadlar 2024-cü ildə artıq 20 kilometr məsafə qət edir.

Tədqiqatçılar 20 illik müşahidə məlumatları əsasında iqlim və ətraf mühit modelləşdirmələrindən istifadə edərək Asiya pələng ağcaqanadının (Aedes albopictus) hərəkət trayektoriyasını və yayılma arealını izləyiblər.

“Dengue” qızdırması 1979-cu ildə Albaniyada ilk dəfə qeydə alınıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
29
6
azertag.az

10Источники