ABŞ ordusu Suriyanın şimalında İŞİD qruplaşmasının ölkədəki növbəti lideri olmağı planlaşdıran yüksək rütbəli üzvünü öldürüb...
Poliqon xəbər verir ki, bu barədə Amerika rəsmisinə istinadən Fox News telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, əməliyyat uğurlu olub. O qeyd edib ki, öldürülən yaraqlının Suriyada İŞİD-ə rəhbərlik etmək üçün hər cür şansı var və ABŞ qüvvələri və Suriyanın yeni hakimiyyət orqanları üçün təhlükə yarada bilərdi.
Hərbçilər həmçinin daha bir İD funksionerini zərərsizləşdiriblər. Rəsmi qeyd edib ki, hər iki hücumçu Suriya və İraqda terror aktları törətməyi planlaşdırıb.
Əməliyyat itkisiz həyata keçirilib; Mənbə əlavə edib ki, heç bir Amerika əsgəri və ya mülki vətəndaş xəsarət almayıb.
Poliqon.info