RU

"Apple” ağıllı saatlara yeni funksiya gətirir

"Apple” smart saatlarına “Touch ID” (barmaq izi oxuyucusu) gətirmək üzərində işləyir. SİA xəbər verir ki, bu barədə şirkətin hesabatında qeyd olunub.

Bu xüsusiyyətin gələn ilin əvvəlində satışa çıxardılacaq “Apple Watch Ultra 4”də olacağı gözlənilir.

Məlumatda bildirilir ki, ağıllı saatlar çox kiçik olduğundan, “Touch ID” sensorunun yerləşdirilməsi problem yaradır.

Odur ki, “Apple”ın “iPad Air” seriyasında olduğu kimi sensoru bir düyməyə birləşdirəcəyi güman edilir.

Yaxud, barmaq izi funksiyasının “Android” telefonlarında olduğu kimi ekranın altına inteqrasiya oluna biləcəyi gözlənilir.

Избранный
34
6
sia.az

7Источники