RU

“Neftçi”: “Onun halı pisləşdi, vəziyyətinə baxılıb qərar veriləcək”

Premyer Liqanın I turunda "Şamaxı" ilə matçda əvəzlənən "Neftçi"nin müdafiəçisi Elvin Bədəlovun durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı açıqlama verib.

O, müdafiəçinin zədəsinin olmadığını söyləyib:

"Sadəcə, soyuqdəymə nəticəsində halsızlığı var idi. Oyunda da çoxlu maye itkisi oldu deyə, halı pisləşdi və əvəzlənməyini istədi. Vəziyyətinə baxılıb qərar veriləcək".

Elvin Bədəlovu qarşılaşmanın 72-ci dəqiqəsində Falaye Sako əvəzləyib. Bakıda baş tutan oyun isə 1:1 hesabı ilə yekunlaşıb.

Избранный
16
sportinfo.az

1Источники