RU

Şəmkirdə dönərdən zəhərlənənlərin kimliyi bilindi - Adlar+Yenilənib

Şəmkirdə dönərdən kütləvi zəhərlənmə faktı qeydə alınıb.

“Qafqazinfo”nun məlumatına görə, 11 nəfər böyük və eyni sayda yeniyetmə dönərdən zəhərlənmə diaqnozu ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Həmin şəxslərin vəziyyəti orta-ağırdır. 

Hadisənin təfərrüatları araşdırılır.

***

Şəmkirdə zəhərlənənlərin kimliyi bilinib.

Şəmkir şəhər sakinləri, 2014-cü il təvəllüdlü Xədicə Abbasova, 2020-ci il təvəllüdlü Ömər  Abbasov, Şəmkir rayonunun Düyərli kənd sakinləri, 1996-cı il təvəllüdlü Novruz  Süleymanlı, 1998-ci il təvəllüdlü Türkan Süleymanova, onun həmyaşıdı Aygün Vəliyeva, 1975-ci il təvəllüdlü Rübabə Əhmədova,  2020-ci il Aytac   Qurbanova, 2019-cu Duyğu Bayramlı, Şahnaz 2011-ci il Babayeva, 2022-ci il təvəllüdlü Aydan Hüseynova, 2016-cı il təvəllüdlü Hüseyn İsmayılov, 2019-cu il təvəllüdlü Səbuhi İsmayılov, 1986-cı il təvəllüdlü Gülər Bayramlı,  Gədəbəy rayon sakini 1990-cı il təvəllüdlü Vüsal Hüseynov dönərdən zəhərlənib. Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılan şəxslərin əksəriyyəti Şəmkir rayonunun özündən və kəndlərinin sakinləridir. Həmçinin siyahıda Gədəbəy rayon sakini də var.

İlkin məlumata görə, həmin şəxslər  “Almalı” dönər evində yedikləri dönərdən zəhərləniblər. Siyahının artma ehtimalı var.

Xatırladaq ki, Tovuzda da 4 nəfər dönərdən zəhərlənib.

Yunis Quliyev

Избранный
55
4
qafqazinfo.az

6Источники