AZ

Dönərdən zəhərlənənlərin sayı 24-ə çatdı - 14-ü azyaşlıdır - YENİLƏNİB

Avqusrun 20-də saat 18:30 radələrindən başlayaraq zəhərlənmə şübhəsilə 24 nəfər (9-u kişi, 15-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Adalet.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, onlardan 14-ü azyaşlıdır: "Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb".

***

2025/08/20

00:56

Şəmkir rayonunda dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub.

Adsalet.az xəbər verir ki, Şəmkir şəhər sakinləri, 2014-cü il təvəllüdlü Xədicə Abbasova, 2020-ci il təvəllüdlü Ömər Abbasov, Şəmkir rayonunun Düyərli kənd sakinləri, 1996-cı il təvəllüdlü Novruz Süleymanlı, 1998-ci il təvəllüdlü Türkan Süleymanova, onun həmyaşıdı Aygün Vəliyeva, 1975-ci il təvəllüdlü Rübabə Əhmədova, 2020-ci il təvəllüdlü Aytac Qurbanova, 2019-cu il təvəllüdlü Duyğu Bayramlı, 2011-ci il təvəllüdlü Şahnaz Babayeva, 2022-ci il təvəllüdlü Aydan Hüseynova, 2016-cı il təvəllüdlü Hüseyn İsmayılov, 2019-cu il təvəllüdlü Səbuhi İsmayılov, 1986-cı il təvəllüdlü Gülər Bayramlı, Gədəbəy rayon sakini, 1990-cı il təvəllüdlü Vüsal Hüseynov dönərdən zəhərlənib.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılan şəxslərin əksəriyyəti Şəmkir rayonunun özündən və rayonun kəndlərinin sakinləridir. Həmçinin siyahıda Gədəbəy rayon sakini də var.

İlkin məlumata görə, həmin şəxslər "Almalı" dönər evində yedikləri dönərdən zəhərləniblər. Siyahının artma ehtimalı var.

***

00:41

Şəmkir rayonunda dönərdən kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Adalet.az xəbər verir ki, 20-dən çox şəxs dönərdən zəhərlənmə diaqnozu ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həmin şəxslərin vəziyyəti orta-ağırdır. Hadisənin təfərrüatı araşdırılır.

Qeyd edək ki, bu gün Tovuz rayonunun Əyyublu kəndində 5 nəfər dönərdən zəhərlənib.

Seçilən
6
4
adalet.az

6Mənbələr