RU

Mançester Yunayted in futbolçusu komanda yoldaşlarına Çelsi yə kəçdiyini bildirdi

Sportal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Alexandro Qarnaço artıq dostlarına “Çelsi”yə keçdiyini bildirib.

Sportal.az xəbər verir ki, "talkSPORT"un məlumatına görə, “zadəganlar”ın rəhbərliyi “Mançester Yunayted”in cinah hücumçusundan səbirli olmağı və müqavilə imzalanmazdan öncə gözləməyi xahiş edib. Gözlənilir ki, yaxın günlərdə klublar arasında danışıqlar daha da sürətlənəcək.

“Qırmızı şeytanlar” argentinalı futbolçunun transferi üçün təxminən 50 milyon funt tələb edir. Lakin “Çelsi” Qarnaçonun komandanın baş məşqçisi Ruben Amorimlə gərgin münasibətləri səbəbindən bu məbləğin azaldılacağına ümid edir.

Qeyd edək ki, ötən mövsüm 20 yaşlı hücumçu APL-də 36 oyunda 6 qol vurub.

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
44
16
sportal.az

10Источники