“Mançester Yunayted”in hücumçusu Alexandro Qarnaço karyerasını “Çelsi”də davam etdirməyə yaxındır.
90deqiqe.Az-ın məlumatına görə, London klubu argentinalı futbolçu ilə bağlı danışıqları davam etdirir və transferin cari transfer pəncərəsi bitmədən başa çatdırılmasını planlaşdırır.
“Mançester Yunayted” London klubunun bir neçə təklifini rədd edib. Lakin “Çelsi” tərəfi hesab edir ki, yaxın günlərdə tərəflər arasında kompromis tapılacaq.
Əvvəllər Qarnaço ilə şəxsi müqavilə şərtlərinin London klubunda razılaşdırıldığı bildirilmişdi.
Qarnaço 2022-ci ildən “Mançester Yunayted”də çıxış edir. Britaniya mətbuatının məlumatına görə, baş məşqçi Ruben Amorim futbolçuya əsas heyətdə yer verməyi planlaşdırmadığı üçün klub onu satışa çıxarmaq istəyir. Transfermarkt portalı futbolçunun bazar dəyərini 45 milyon avro olaraq qiymətləndirir.