RU

"Napoli" Lukakunun yerinə onu nəzərdən keçirir

style='margin-bottom:10px;'>

“Roma”nın futbolçusu Artyom Dovbik “Napoli”nin maraq dairəsinə düşüb. 

QOL.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marzio məlumat yayıb.

Neapol təmsilçisi ukraynalı hücumçunu zədələnən Romelu Lukakunun əvəzinə transfer etməyi düşünür. Belçikalı oyunçunun 3 aydan çox yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Daha öncə xəbər verilmişdi ki, “Napoli” həmçinin “Mançester Yunayted”in hücumçusu Rasmus Höylund, “Lester”in sabiq futbolçusu Ceymi Vardi və “Genk”in oyunçusu Tolu Arokodare ilə də maraqlanır.

Qeyd edək ki, Artyom Dovbik ötən mövsüm “Roma”nın heyətində 45 oyuna çıxıb, 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin iyununa qədər nəzərdə tutulub.

Избранный
35
3
teleqraf.com

4Источники