RU

Dənizdə və ya çayda "təbii ehtiyac"ı ödəməyin nəticələri - Alimlərin izahı

Dəniz, çay və ya okean sahilində istirahət artıq klassik istirahət növünə çevrilib. Lakin hər bir çimərlik tualetlə təmin olunmur və "təbiətin çağırışı”ndan qaçmaq olmur. Buna görə də bəzi insanlar ehtiyaclarını su hövzələrində ödəməyi seçir və bunun nəticələri barədə düşünmürlər. Alimlərin izahına baxaq: görəsən, dənizdə, çayda və ya göldə sidiyə getmək mümkündürmü və bu, təbiətə zərər verirmi?

Bu barədə araşdırmanı təqdim edirik:

Sidik hara gedir?

İnsanın sidiyi 95% sudan ibarətdir. Orqanizmdən xaric olunan tullantıların miqdarı isə olduqca azdır, buna görə də sidik asanlıqla dəniz və okean suyuna qarışır. ABŞ Milli Okean və Atmosfer İdarəsinin məlumatına görə, Yer üzündə okean suyunun həcmi 1,335 milyard kub kilometr təşkil edir. Hər gün milyonlarla su canlısı öz tullantılarını buraxır və bu, qlobal zərər yaratmır.

Duzlu dəniz və okeanda sidiyə getmək olarmı?

Qeyd edilməlidir ki, bəzi yerlərdə ehtiyac ödəmək qadağandır – məsələn, korall riflərində, akvaparklarda və hovuzlarda. Sidiyin tərkibindəki nitrat və fosfatlar korallara mənfi təsir göstərə bilər. Lakin Amerika Kimya Cəmiyyətinin məlumatına görə, okean üçün insan sidiyi zərərli deyil – çünki okean suyunda natrium və xlorid onsuz da sidikdə olduğundan daha çoxdur.

Lakin göllərdə vəziyyət fərqlidir.

Business Insider yazır ki, sidik göllərdə yosunların çoxalmasına səbəb ola bilər ki, bu da balıqların zəhərlənməsi və kütləvi məhvinə gətirib çıxara bilər.

Hovuzlarda isə vəziyyət daha təhlükəlidir.

Amerika Kimya Cəmiyyətinin alimləri müəyyən ediblər ki, sidiyin tərkibindəki kimyəvi maddələr hovuz suyunu təmizləmək üçün əlavə olunan preparatlarla reaksiyaya girə bilər. Məsələn, xlorla birləşdikdə gözlərin qızarması, ağrı və tənəffüs problemləri yarada bilər.

İnsan sağlamlığına təsirləri

Procter & Gamble şirkətinin araşdırmasına görə, insanların 62%-i çimərlikdə sidiyə getdiyini etiraf edib. Lakin burada risk əsasən insanın özünədir. Sidik ifrazı zamanı bədəndən çıxan bakteriyalar nəmli çimərlik geyimində saatlarla qala və çoxala bilər. Bu isə infeksiyaya səbəb ola bilər. Həmçinin suyun özündə olan zərərli bakteriyalar sidik yollarına keçə bilər.

Xüsusilə immuniteti zəif, sistit və ya uretritə meylli insanlar diqqətli olmalıdır.

Nəticə

Dənizdə, okeanda və ya göldə sidiyə getmək hər kəsin şəxsi seçimidir, amma bu qərarın həm təbiət, həm də insan sağlamlığı üçün müəyyən nəticələri ola bilər.\\Qaynarinfo 

Избранный
51
3
hurriyyet.az

4Источники