ain.az bildirir, 525.az portalına istinadən.
ABŞ-ın Şimali Karolina ştatının Hatteras adasının yaxınlaşan “Erin” qasırğası ilə əlaqədar sakinlər üçün məcburi təxliyə əmri və şiddətli daşqın xəbərdarlığı edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Atlantik okeanından yaxınlaşan "Erin" qasırğası səbəbi ilə Şimali Karolina ştatının Hatteras adasının sakinləri üçün məcburi təxliyə əmri verilib.
Şiddətli daşqın xəbərdarlığı edilərkən, adanın bağlı olduğu Deyr bölgəsində də fövqəladə vəziyyət elan edilib.
Qeyd edək ki, qasırğanın sahilyanı ərazilərdə şiddətli tufanlara, təhlükəli dalğalara və daşqınlara səbəb olacağı gözlənilir.
Məhəmməd Tağıyev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.