RU

Söyüşə görə bacısının qayınatasını bıçaqladı: Biləsuvardakı hadisənin təfərrüatı

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Biləsuvar rayonunda 17 yaşlı oğlanın qohumunu bıçaqlamasının təfərrüatı məlum olub. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında, rayonun Nərimankənd kəndində baş verib. Kənd sakini, 1966-cı il təvəllüdlü Azər Babayev dünən axşam saatlarında evində gəlini Arzu Abuzərli ilə mübahisə edib. Mübahisə nəticəsində A.Babayev gəlini döyüb. Arzu Abuzərli bu barədə atasına məlumat verib və valideynləri gəlib onu öz evlərinə aparıb. Hadisə vaxtı A.Babayevlə gəlinin atası arasında da sözlü mübahisə olub və məlumata görə, A.Babayev gəlini və onun atasını söyüb. Avqustun 20-si səhər saat 7 radələrində gəlinin qardaşı, 2008-ci il təvəllüdlü Kənan Abuzərli evlərindən mətbəx bıçağını götürərək Azər Babayevin yaşadığı evin həyətindəki ayaqyolunun arxasında gizlənib. A.Babayev səhər saatlarında yuxudan durub ayaqyoluna gedərkən K.Abuzərli qəfil çıxaraq ona bir-neçə bıçaq zərbəsi endirib və hadisə yerindən qaçıb. A.Babayev müxtəlif bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və təcili əməliyyat olunub. Hazırda xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən K.Abuzərli saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
74
1
avtosfer.az

2Источники