RU

Azərbaycanın qadın güləşçisi dünya çempionatında bürünc medal qazandı

Azərbaycanın qadın güləşçisi Günay Qurbanova Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.

Operativ Media xəbər verir ki, 59 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə kanadalı Ella Findinqə 4:1 hesabıyla qalib gəlib.

Qeyd edək ki, Azərbaycanın daha bir güləşçisi Ruzanna Məmmədova finala vəsiqə qazanıb.

R. Məmmədova həlledici qarşılaşmada çinli Yanqjen Yanqjenlə üz-üzə gələcək. Görüş avqustun 21-də keçiriləcək.

Избранный
72
33
operativmedia.az

10Источники