ain.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında Azərbaycanın 2 sərbəst güləşçisi bürünc medal qazanıb. 70 kq çəki dərəcəsində çıxış edən Nurlan Ağazadə bürünc medal uğrunda görüşdə gürcüstanlı Qoqa Otinaşviliyə 4:0 hesabı ilə qalib gəlib.
125 kiloqram çəki dərəcəsində yarışan Yusuf Dursunov (125 kq) isə üçüncü yer uğrunda mübarizədə fransalı rəqibindən üstün olub–3:1.
Qeyd edək ki, mundiala avqustun 24-də yekun vurulacaq.
Qabil YUSİFOĞLUXQ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.