RU

“Neftçi”nin ingilis sevimlisi “Qarabağ”ın adını eşitdi və...

“Neftçi”nin hücumçusu Bassala Sambu Sportinfo.az-a müsahibə verib.

Azarkeşlərin sevimlisi olan ingiltərəli forvard “Şamaxı” ilə 1:1 başa çatan görüş haqda sualları cavablandırıb.

- Yekun nəticəni necə dəyərləndirirsən?

- Mənə görə oyun planında kifayət qədər yaxşı oynadıq. İlk rəsmi matç olsa da, nəzarət birbaşıa əlimizdə idi, üstün təsir bağışlayırdıq və hər iki hissədə qol imkanları yaxaladıq. 2-3 dəfə 100 faizlik qol şansları yaratdıq. Açıq-aşkar görünürdü ki, bu komanda ötən mövsümdəkindən fərqlənir. İnanılmaz dərəcədə səviyyəli futbolçulara sahibik. İnşallah, zamanla daha yaxşı olacaq.

- “Şamaxı”nı doğma meydanda uda bilməməyin izahı var?

- Bunun yeganə izahı şanssızlıqdır. Bəzən “çərçivə”yə iki zərbə vurursan, ikisi də qol olur. Bəzən vurduğun beş topdan heç biri qapıya daxil olmaq istəmir. Qol şanslarından yararlana bilməməyimizin nəticəsi 1 xal oldu. Önəmli olan budur ki, rəqibin qapısı qarşısında təhlükə yaradırıq, bir neçə ötürməli hücumlar qururuq. Birlikdə daha çox məşq etdikcə, oynadıqca qollar da gələcək.

- Bunun üçün nə qədər vaxt tələb olunur? Məsələn, “Qarabağ” kimi oynamaq, görünmək üçün.

- Bu, elə şeydir ki, dəqiq vaxt demək olmur. Ancaq işıqlı günlər çox uzaqda deyil. Biz “Neftçi”yik və bu adı yüksəkdə tutmaq üçün nələr etmək lazım gəldiyini bilirik. Özümüzü heç bir komanda ilə müqayisə etmirik. Yenə deyirəm, biz “Neftçi”yik.

- Fürsətdən istifadə edib azarkeşlərə ürək sözlərini demək istəyirsən?

- “Şamaxı”yla görüşdə yanımızda oldular və sona qədər bizə dəstək verdilər. Yaratdıqları ab-hava həqiqətən möhtəşəm idi. Hər birinə özümün və komanda yoldaşlarımın adından təşəkkür edirəm. Bizə inanmaqda və dəstək verməkdə davam etsinlər. İnşallah, biz də layiqli nəticələrlə onları sevindirəcəyik.

HƏBİB

Избранный
19
sportinfo.az

1Источники