RU

Arvadı ilə cinsi əlaqədə olan kişi cərimələndi ŞOK

Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ukraynanın Xarkov vilayətində arvadını cinsi əlaqəyə məcbur edən kişi 340 qrivna (təxminən 13 manat) cərimə olunub.

Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə Lozova şəhər-rayon məhkəməsinin qərarında bildirilir.

Məhkəmənin məlumatına görə, kişi 2025-ci il avqustun 6-da arvadı istəməsə də, onu məcbur edərək cinsi əlaqədə olub.

Zərərçəkmiş polisə müraciət edib və hüquq-mühafizə orqanları müvafiq protokol tərtib ediblər. Kişi seksual xarakterli məişət zorakılığında ittiham olunub.

Təqsirləndirilən şəxs məhkəmə iclasına gəlmədiyi üçün iş onun iştirakı olmadan araşdırılıb.

Məhkəmə onu Ukrayna İnzibati Xətalar Məcəlləsinin 173-2-ci maddəsinin 1-ci hissəsi üzrə təqsirli bilib və 340 qrivna cərimə edib. Bundan əlavə, Xarkov vilayətinin sakini 605 qrivna (təxminən 24 manat) məhkəmə xərci ödəməlidir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
35
lent.az

1Источники