RU

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir!

5 yaşlı Orucov Nihat Kənan oğlu autizm xəstəsidir.

Nihatın anası Samirə Orucova Azreform.info -a deyib ki, övladını özü tək böyüdür və müalicəsi üçün maddi imkanları çox məhduddur.

"Nihat doğulduqdan sonra ilk vaxtlar uşaqda qeyri-adilik hiss etmirdik. Düşünürdük ki, o da gec dil açan, gec danışan uşaqlar kimidir. Amma getdikcə davranışlarında qəribəliklər üzə çıxdı. Uşaqda nitq pozuntusu, qorxu, bəzən hədsiz aktivlik, bəzən də qavrama çətinliyi olduğu göründü. Həkimə apardım. Müayinələr zamanı məlum oldu ki, övladım autizm xəstəsidir. Həm də bu xəstəliyin ağır növü olan Kanner autizmidir".  

S.Orucova işləsə də aldığı maaşla balalarının maddi ehtiyaclarını qarşılaya bilmədiyini deyir.

"Oğlum əziyyət çəkir, uzunmüddətli müalicə almalıdır. Müalicə üçün hər ay 300 manat tələb olunur. Nihat yaşıdlarından geri qalır, heç nəyə reaksiya vermir. Nihatın əlilliyi bu günlərdə təsdiqlənib. İlkin olaraq 205 manat müavinət təyin edilib. Sonra bəlkə məbləğ artacaq. Ancaq müavinətlə və mənim kiçik əməkhaqqımla uşağın müalicəsini davamlı təmin etmək mümkün deyil. Ona görə də xalqımıza, mərhəmətli insanlara üz tutub kömək istəyirəm. Kimin imkanı nəyə çatır, kömək etsin".

Nihata dəstək olmaq istəyənlər üçün bank hesabı:   Kapital Bank 5239 1517 3928 6964 

Əlaqə nömrəsi: 070-525-62-03. 

Избранный
49
4
azreform.info

10Источники