RU

Makron Putini “adamyeyən” adlandırdı

Rusiya uzunmüddətli sabitliyi pozan gücə və Avropa ölkələri üçün potensial təhlükəyə çevrilib.

Ölkə.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron LCI-yə müsahibəsində deyib. O, Putinin 2007–2008-ci illərdən bəri verdiyi vədlərə nadir hallarda əməl etdiyini, daim sərhədləri dəyişməyə çalışaraq hakimiyyətini gücləndirdiyini bildirib.

Makronun sözlərinə görə, Rusiya büdcəsinin 40 faizi silahlanmaya xərclənib, ordu isə 1,3 milyon nəfəri ötüb. Bu isə Moskvanın yaxın vaxtlarda sülhə və demokratik sistemə qayıtmaq niyyətində olmadığını göstərir.

“Avropalılar sadəlövh olmamalıdır. Putin özünü yırtıcı, “qapımızdakı adamyeyən” kimi aparır”, – Makron vurğulayıb.

Fransa lideri əlavə edib ki, Rusiya hələlik Parisə birbaşa hücum təhlükəsi yaratmasa da, bütövlükdə Avropa üçün daimi risk daşıyır.

Mürtəza

Избранный
17
olke.az

1Источники