RU

Bakının mərkəzi küçəsini su aparır - Yol çökə bilər

Bakının Yasamal rayonu ərazisində su borusu dağılıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə müraciət ediblər.

Şikayətçilər deyir ki, Həsən Məcidov 27a ünvanında, Zahid Xəlilov küçəsi ilə kəsişmədə su borusu partlayıb.su borusu dağılıb və su təzyiqlə küçəyə axır. Bu barədə səhər saatlarında lazımı orqanlara bildirilsə də, hələlik maraqlanan yoxdur.

İri Şəhərlərin Birləşmiş Su Təchizatından BAKU.WS-ə bildirildi ki, Sukanal idarəsi bu axıntıdan anında xəbər tutub. Ərazi asvalt örtüyü olduğuna görə qazıntı işləri aparmaq üçün müvafiq qurumundan icazə alınmalıdır. Artıq icazə alınıb, qəza briqadası və texnika əraziyə gedir. Axıntı tezliklə aradan qaldırılacaq.

Ziya SƏCCAD

Избранный
10
1
far.az

2Источники