RU

Şəhidimiz Fərhad Məlikzadənin doğum günüdür

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Fərhad Nadir oğlu Məlikzadə 20 avqust 1997-ci ildə Sabirabad rayonunun Şıx Salahlı kəndində anadan olub.

QHT.az xəbər verir ki, o, 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə yollanıb, 2018-ci ildən etibarən isə müddətdən artıq hərbi qulluqçu kimi XTQ tərkibində xidmət etməyə başlayıb. O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 5 noyabr tarixində Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Fərhad Məlikzadə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Избранный
65
qht.az

1Источники